10:40 - 11.04.2025
11 aprel, Fineko/abc.az. Bakı və Tbilisi arasında sərnişin dəmir yolu əlaqəsinin bərpası üzrə işlər davam etdirilir, lakin əlaqənin bərpa olunacağı dəqiq tarix hələ bilinmir.
ABC.AZ məlumat verir ki, bu barədə "Gürcüstan dəmir yolu"ndan bildiriblər.
"Tərəflər intensiv iş aparır və hərəkətin bərpası üçün müəyyən bir tarix daha sonra elan ediləcək", — məlumatda qeyd olunur.
Gürcüstan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi beş ildən artıqdır ki, kəsilib. Pandemiya başlayandan etibarən bir ölkədən digərinə yalnız hava yolu ilə getmək mümkün olub.
Fevral ayında, karantin məhdudiyyətlərinin növbəti uzadılmasına qədər Gürcüstan İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların mayın 1-dən etibarən yenidən fəaliyyətə başlayacağını təsdiqləyib. Lakin indi son tarix yenidən qeyri-müəyyən olaraq qalır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026