16:01 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Avropa İttifaqı prezident Donald Trampın tarif təzyiqinə cavab olaraq ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışının artırılması məsələsinə baxır.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times nəşri yazır.
Avropa enerji komissarı Dan Yorgensenin qeyd etdiyi kimi, bu artıma yalnız AB-nin ekoloji standartlarına riayət edildikdə icazə veriləcəkdir.
2024-cü ildə ABŞ artıq Aİ-yə LNG tədarükünün 45%-ni təşkil edib ki, bu da təxminən 13 milyard dollara bərabərdir.
Tramp, bloka 350 milyard dollar dəyərində enerji satın almağı təklif edib, daha əhəmiyyətli addımlar tələb edib, eyni zamanda sənaye məhsulları üçün sıfır tarif müqaviləsini rədd edib. AB, öz növbəsində, xüsusilə qlobal iqtisadi qeyri-sabitlik fonunda investorlar üçün proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026