16:09 - 9.04.2025
9 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı 2024 aprel–2025 mart dövrü üzrə avtomobil icbari sığorta sahəsində şikayət indeksi sığortaçılar üzrə müştəri məmnunluğunu əks etdirən əsas göstəriciləri açıqlanıb.
ABC.AZ xəbər verir ki, “Paşa Sığorta” ASC 1.26 indeksi ilə siyahıya başçılıq edərək, bu dövrdə müştəri şikayətlərinə nisbətən daha yüksək səviyyədə qeydə alınmış sığortaçı olub.
Onu “Atəşgah Sığorta” ASC 1.21 göstəricisi ilə izləyir. Bu iki sığortaçı hələ də yuxarı şikayət indeksinə sahibdirlər.
| Sığortaçılar | Şikayət indeksi |
| "Paşa Sığorta" ASC | 1.26 |
| "Atəşgah Sığorta" ASC | 1.21 |
| "Xalq Sığorta" ASC | 0.95 |
| "Meqa Sığorta" ASC | 0.81 |
| "AtaSığorta" ASC | 0.73 |
| "Azərbaycan Sənaye Sığorta" ASC | 0.48 |
| "Qala Sığorta" ASC | 0.41 |