Bu sığortaya maraq artıb - Yığımlar çoxalıb

12:00 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Azərbaycanda peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında aparılmış hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 167 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 107 min manat və ya 10,1% çoxdur.

Əvvəlki ilin eyni dövründə bu göstərici 1 milyon 60 min manat təşkil edib.

Hesabat dövründə bu sığorta növü üzrə cəmi 2 min manat ödəniş edilib. Ötən ilin eyni dövründə isə ödənişlər edilməyib.