Türkiyə soyuq havaya görə limon ixracını dayandırır 

11:51 - 7.04.2025


7 aprel, Fineko/abc.az. Türkiyə aprelin 8-dən limon ixracını müvəqqəti dayandırmaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki, bu barədə respublikanın Ticarət Nazirliyi məlumat verib.

Qərar havanın kəskin soyuması və "daxili bazarda tələb və təklif balansını qorumaq üçün" qəbul edilib. Qurumda izah edildi ki, ölkənin cənubundakı Mersin, Adana və Hatay əyalətlərində şaxta qeydə alınıb və bu da sitrus meyvələrinin məhsuluna mənfi təsir göstərə bilər.

Nazirlik həmçinin qeyd edib ki, zəruri hallarda limon ixracının dayandırılması barədə qərar ləğv edilə bilər.
Limon və naringi, Türkiyənin sitrus meyvələrinin ixracatının təxminən 70%-ni təşkil edir.