Metroda qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə endiriləcək  

11:41 - 7.04.2025


7 aprel, Fineko/abc.az. Əsas layihələrdən biri “Dərnəgül” elektrik deposunun tikintisidir.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O daha sonra sözlərinə belə davam edib: “Bu depo bütün standartlara cavab verəcək və Yaşıl xəttin tam müstəqil fəaliyyətini təmin edəcək. Eyni zamanda dayanıqlı enerji təminatı üçün “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarının yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş dartı yarımstansiyası isə yenilənəcək”.

Onun sözlərinə görə, “İçərişəhər” və “Xətai” stansiyalarında qatarların dönməsi də təmin olunacaq: “Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək”. Report