11:24 - 7.04.2025
7 aprel, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.
“Bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”, – deyə o qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026