Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video

11:59 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

FHN-dən ABC.AZ-a daxil olan məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.