"Qurd Qapısı" restoranında nöqsanlqr aşkarlandı

11:32 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub. Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.