16:07 - 1.04.2025
1 aprel, Fineko/abc.az. Hindistan Donald Trampın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək hədələri səbəbindən Rusiya neftinə alternativ axtarır.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Söhbət Bharat Petroleum Corp (BPCL) və Hindustan Petroleum Corp. (HPL) şirkətlərindən gedir. Agentliyin məlumatına görə, onlar Şimali və Aralıq dənizlərindən və Yaxın Şərqdən əlavə təchizat axtarırlar.
Eyni zamanda, son illərdə Rusiya neftinin tədarükü Hindistanın Yaxın Şərqdən və Afrikadan idxaldan asılılığını azaldıb. 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər Rusiya BƏƏ-ni keçərək Hindistana ən iri neft tədarükçüsü oldu. Belə ki, onun payı 14%-dən 57%-ə yüksəldi.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026