12:17 - 19.03.2025
19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə – Həsənov Habil Ata oğluna verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar martın 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə müvafiq olaraq (fiziki şəxs olan lisenziya sahibi məqbul, lazımi keyfiyyətlərə malik olmadıqda və yaxud öldükdə) ləğv olunub.