14:40 - 18.03.2025
18 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 1,6 faiz azalaraq 11,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 107,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz artaraq 158,1 min nəfər təşkil edib.
Dövlət Sərhəd Xidmətidən ABC.AZ-a daxil olan məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 faizi hava, 27,2 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.