Ötən il NEZ-də istehsal edilən əmtəəlik neft məhsullarının 10%-i ixrac edilib

14:05 - 14.03.2025


14 mart, Fineko/abc.az. Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) istehsal edilən əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Hesabata əsasən, ötən il zavodda 5 809,3 min ton xam neft emal olunaraq 1 251,5 min ton avtomobil benzini, 590,3 min ton reaktiv mühərrik yanacağı, 2 061,9 min ton dizel yanacağı, 178,2 min ton maye qaz, 265 min ton bitum, 12 min ton sürtgü yağları, 183,4 min ton koks və digər məhsullar istehsal olunub.

“Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 97,5% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib”, – hesabatda qeyd olunur.