15:56 - 12.03.2025
12 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda 55,9 milyon manat dəyərində mobil bankçılıq əməliyyatları aparılıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fuad İsayev Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox artım deməkdir.
“Rəqəmsal maliyyə həllərinin inkişafı maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayır. Son dövrlərdə mobil bankçılığın, eyni zamanda onlayn ödəniş sistemlərinin genişlənməsi və fintex sisteminin yayılmasının şahidi oluruq. Xüsusilə son illər elektron ödəniş sistemləri və mobil bankçılıq tətbiqləri populyarlaşır”, – deyə Mərkəzi Bank rəsmisi qeyd edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026