Pekində nüvə problemi ilə bağlı Çin, Rusiya və İranın iştirakı ilə görüş keçiriləcək — Tarix

11:15 - 12.03.2025


12 mart, Fineko/abc.az. Martın 14-də Pekində Çin, Rusiya və İranın iştirakı ilə İranın nüvə problemi ilə bağlı görüş keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat verib.