2025-ci ildə ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq

10:27 - 12.03.2025


12 mart, Fineko/abc.az. ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu yeniləyib.

ABC.AZ xəbər verir ki, EIA-nın aylıq hesabatına istinadən məlumata görə, 2025-ci ildə ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 610 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib. (APA)