“Qəbələ Konserv Zavodu”nun nizamnamə kapitalı artırılıb

11:14 - 6.03.2025


6 mart, Fineko/abc.az. “Qəbələ Konserv Zavodu” MMC-nin nizamnamə kapitalı artırılaraq 65.88 milyon manata qaldırılıb.

ABC.AZ xəbər verir ki, konserv zavodunun kapitalı 2.1% və ya 1 348 000 manat artırılmış olub.

Şirkətin iki il öncə 72 milyon manatlıq nizamnamə kapitalı vardı və sonradan azaldılmışdı.

“Qəbələ Konserv Zavodu” MMC “Mars Overseas Baku LTD” MMC-nindir.