11:24 - 5.03.2025
5 mart, Fineko/abc.az. Azərbaycanda bu il sənaye sahəsində 4.0 Mərkəzi yaradılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni mərkəz həm özəl, həm də dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı yaradacaq: “Burada texnologiya şirkətləri öz məhsullarını təqdim edəcək, eyni zamanda bir çox startaplar cəlb olunacaq”.
F. Cəfərov əlavə edib ki, mərkəzdə 5 000-dən çox şəxs rəqəmsal təhsil alacaq. (Report)
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026