15:03 - 27.02.2025
27 fevral, Fineko/abc.az. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev və Fransanın Astanadakı səfiri Silvan Gioqe nəqliyyat infrastrukturu, mülki aviasiya və logistika sahəsində əməkdaşlıq potensialını müzakirə ediblər.
Bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti xəbər verir.
Görüşdə Qazaxıstan ilə Fransa arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və iqtisadi-ticari əməkdaşlığın yaxşılaşdırılmasına töhfə verən nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirilib.
Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Fransa şirkətlərinin logistika infrastrukturunun inkişafına cəlb edilməsi imkanları müzakirə edilib.
Tərəflər görüşün yekunlarına dair nəqliyyat logistikası sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
© Azertag.az
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026