Azərbaycanın xaricdən aldığı qara çayın qiyməti 3.2% bahalaşıb

14:31 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanın Hindistandan idxal edilən qara çay illik müqayisədə 34% artaraq 1 859 tona yüksəlib.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə bir ton qara çayın qiyməti 5316,16 dollar olmaqla illik müqayisədə 3.2% artıb. 2023-cü ildə isə bir ton qara çayın qiyməti 5151,74 dollar idi.

Bununla belə, yerli bazarda qara çayın 500 qramının qiyməti keçən ilin əvvəlində 12.34 manat olduğu halda, ilin sonuna 12.49 manata qədər cəmi 1.21 faiz bahalaşıb.