Dünyada otel biznesinin inkişafı rekord həddə çatıb

15:40 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Otel biznesinin dünya miqyasında inkişafı rekord həddə çatıb: hazırda 16 minə yaxın layihə inkişaf mərhələsindədir.

ABC.AZ xəbər verir ki, mütəxəssislər son hesabatında qeyd ediblər ki, 2024-cü ilin sonuna qədər dünyada müxtəlif inkişaf mərhələlərində 15,820 otel obyekti var idi, bunların təxminən 10%-i Avropanın payına düşür.

ABŞ-ın bu həcmdəki payı təxminən 40%-dir (6400 layihədən bir qədər az), Çinin payı isə 24%-ə bərabərdir (təxminən 3800 yeni otel).

Son bir ildə layihələrin sayının 35% artaraq 700-ə çatdığı Hindistanda "nəzərəçarpacaq artım" müşahidə olunur.

Dünyada otel biznesinin inkişaf tempinə görə beş aparıcı ölkənin siyahısını Kanada (333 layihə) və Səudiyyə Ərəbistanı (316 obyekt) bağlayır.

2024-cü ilin sonunda ən iri Avropa bazarı Böyük Britaniya olub (286 mindən çox otaqlıq 40 layihə). Almaniya ikinci yeri tutur (161 otel), ardınca Türkiyə, Fransa və Portuqaliya gəlir.