Ötən il idxal olunan Aİ-92 benzini bu ölkələrdən alınıb - Siyahı

14:56 - 21.02.2025


21 fevral, Fineko/abc.az. 95 oktandan aşağı kimi qiymətləndirilən Aİ-92 avtomobil yanacağı 2024-cü ilin ikinci yarısından etibarən Tarif Şurası tərəfindən 10% bahalaşdırılıb.

ABC.AZ xəbər verir ki, keçən il idxal olunan avtomobil benzininin 54 faizi və ya 141,74 min tonu Rusiyadan, 44 min tonu Belarusdan, 32 min tonu Litvadan və 31 min tonu Rumıniyadan alınıb.

Keçən ildən fərqli olaraq, bu il Türkmənistandan idxal aşağı düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanın neft emalı zavodu 124 min tona qədər Aİ92 benzini istehsal edib və bu öncəki ili 7 faiz üstələyir.