Alibaba satışları 8% artdı

16:38 - 20.02.2025


20 fevral, Fineko/abc.az. Alibaba Group Holding Ltd, bir ildən çox müddətdə ən sürətli gəlir artımını qeydə alıb. Bu, onun kommersiya biznesinin bərpasını və süni intellekt (AI) sahəsində əhəmiyyətli uğurlarını əks etdirir.

ABC.AZ xəbər verir ki, şirkətin səhmləri Nyu-York birjasında 6%-dən çox artıb.

Dekabr rübündə şirkətin satışları 8% artaraq 280,2 milyard yuana (38,6 milyard dollar) çatıb.

Alibaba-nın internet biznesinə ciddi zərbə vuran sərt hökumət tədbirlərindən sonra şirkət 2024-cü ildə Joe Tsai və Eddie Vunun rəhbərliyi altında bərpa olunmağa başladı. AI layihələrinə cavabdeh olan bulud bölməsi gəliri 13% artıraraq 4,3 milyard dollara, AliExpress və Trendyol da daxil olmaqla beynəlxalq satışlar isə 32% artıb.

Alibaba, 2025-ci ildə bazar dəyərini təxminən 100 milyard dollar artırdı, baxmayaraq ki, hələ də ən yüksək göstəricilərindən uzaqdır. Daha əvvəl hakimiyyətin repressiyasına məruz qalan Cek Ma Çin biznes və texnologiya liderləri ilə sammitdə iştirak edərək yenidən ictimaiyyət qarşısına çıxıb.