15:30 - 18.02.2025
18 fevral, Fineko/abc.az. Azərbaycan keçən il xaricə iri buynuzlu heyvanların dərisinin ixracını kəskin artırıb.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə Azərbaycandan xaricə 301.33 min ədəd və ya 7 milyon 318.24 min ABŞ dolları dəyərində iribuynuzlu heyvanın dərisi ixrac edilib.
Bu da keçən il qeydə alınan 42.3 min ədəd və ya 776.87 min dolları düz 7 dəfə üstələmiş olub.
Azərbaycandan ixrac edilən dərilərin böyük hissəsi Türkiyəyə satılıb. Hesabata görə, ötən il dərilərin 244.55 min ədədi və ya 5 milyon 984.05 min dollarını Türkiyə alıb.
Dərinin bir ədədi xaricə ortalama 24 dollara satılıb.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026