10:50 - 13.02.2025
13 fevral, Fineko/abc.az. “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ildə zərərlə üzləşdiyi məlum olub.
ABC.AZ xəbər verir ki, şirkət keçən il 30.19 milyon manat gəlir, 17.31 milyon manat satışın maya dəyəri təşkil edib.
Bununla da, ümumi mənfəət 12.87 milyon manat olub.
Bununla belə, digər əməliyyat xərclərindən sonra şirkət 2.15 milyon manat zərər edib.
Şirkətin balansında 23.41 mln. manatlıq yığılmış zərərin olması öncəki illəri də zərərlə bitirdiyini deməyə əsas verir. Şirkətin balansında 21.58 mln. manat nizamnamə kapitalı olduğundan, kapital çatışmazlığı yaranıb. Yəni cəmi kapitalı mənfi 1.82 mln. manatdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026