Azərbaycan bir ildə Almaniyaya 1 milyon 164,7 min ton neft ixrac edib

12:06 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Azərbaycandan ötən il Almaniyaya 1 milyon 164,7 min ton neft ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Almaniyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 726 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 176,3 min ton (13,1%), dəyərində isə 145,9 milyon dollar (16,7%) azalma baş verib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Almaniyaya 879,1 milyon dollar dəyərində 1 milyon 341 min ton neft ixrac etmişdi.

Ötən il ərzində Almaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 060 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 46 manat (4,1%) çoxdur.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Almaniyaya  2024-cü ildə 5-ci, 2023-cü ildə isə 4-cü yerdə olub.