Neft ucuzlaşır, Brent barel başına $76,72 təşkil edir

09:40 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin aprel fyuçersləri ICE Futures birjasında saat 09:34-də $0,28 (0,36%) azalaraq bir barel üçün $76,72-a düşüb. Fevralın 11 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel neft fyuçersləri $1,13 (1,49%) artaraq bir barel üçün $77,00-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində mart ayının neft fyuçerslərinin qiyməti saat 09:34-də $0,30 (0,41%), bir barel üçün $73,32-a düşdü. 11 fevral ticarətinin nəticələrinə görə, mart ayı üçün neft fyuçersləri $1,00  (1,38%), bir barel üçün $73,32-a yüksəldi.