16:29 - 7.02.2025
7 fevral, Fineko/abc.az. "Google" şirkəti "Gmail" istifadəçiləri üçün yeni təhlükə barədə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, hakerlər süni intellektdən istifadə edərək, istifadəçilərin "Gmail" hesablarının oğurlandığını iddia edərək, "Google"un rəsmi nümayindələrini təqlid edir və istifadəçilərə zəng edirlər.
Qorxu yaratmaqla, hakerlər istifadəçiləri həssas məlumatları (bərpa kodları kimi) paylaşmağa inandırırlar.
"Google" açıqlamasında təxminən 2,5 milyard "Gmail" hesabı risk altındadır bildirib.
Qeyd edək ki, "Google" bərpa kodunuzu heç vaxt heç kimlə paylaşmamağı və əlavə təhlükəsizlik üçün iki faktorlu autentifikasiyadan (2FA) istifadə etməyi tövsiyə edir. (Trend)
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026