“Ford”un xalis mənfəəti 4-cü rübdə 1,8 milyard dollara yüksəldi

14:37 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Amerikanın avtomobil istehsalçısı “Ford”un xalis mənfəəti 2024-cü ilin 4-cü rübündə ondan əvvəlki ilin analoji dövrü üzrə 526 milyon dollar itkiyə qarşı 1,8 milyard dollara yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg şirkətin hesabatlarına istinadən xəbər verir.

Keçən rübdə korrektə olunmuş EPS analitiklərin gözlədiyi orta 0,32 dolları keçərək 0,39 dollar təşkil etmişdi. Gəlir illik ifadədə 4,8% artaraq 48,2 milyard dollara çatıb. “Ford”un Direktorlar Şurası səhm başına 0,15 dollar rüblük dividend ödəməyi təsdiqləyib.

2024-cü ilin nəticələrinə görə Ford 5,88 milyard dollar xalis mənfəət əldə edib. Qazanc 184,99 milyard dollara çatıb.