“TotalEnergies” neft-qaz şirkətinin mənfəəti kəskin azalıb

16:11 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Fransanın “TotalEnergies” neft-qaz şirkəti 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini illik müqayisədə 22 % azaldıb.

ABC.AZ xəbər verir ki, şirkətin məlumatına görə, ötən ilin oktyabr-dekabr aylarında xalis mənfəət 3,956 milyard ABŞ dolları təşkil edib. Dəqiqləşdirilmiş mənfəət bir il əvvəlki 5,226 milyard ABŞ dollarından 4,406 milyard ABŞ dollarına düşüb.

IV rübdə şirkətin gəlirləri 14 % azalaraq 47,116 milyard ABŞ dolları təşkil edib.

Ötən rübdə gündəlik karbohidrogen hasilatı 2,43 milyon barel neft ekvivalentinə qədər azalıb. 2023-cü ilin eyni dövründə bu göstərici gündəlik 2,462 milyon barel neft ekvivalenti təşkil edib.

2025-ci ilin birinci rübündə Fransa şirkəti hasilatın gündəlik 2,5-2,55 milyon barel neft ekvivalenti səviyyəsində olacağını planlaşdırır.