Neft bahalaşır, Brent bir barel üçün $76,41

09:40 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

Brent markalı neftin aprel ayı fyuçersi ICE Futures birjasında saat 09:35-də $0,74 (0,98%) artaraq bir barel üçün $76,41-a yüksəldi. 31 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin aprel fyuçersləri $0,22 (0,29%) - bir barelə $75,67-a qədər ucuzlaşıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:35-də $1,41 (1,94%) artaraq bir barel üçün $73,94 a yüksəlib. Yanvarın 31-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,20 (0,27%) ucuzlaşaraq bir barel üçün $72,53-a düşüb.

Ötən həftə Brent markalı neft 2,42%, WTI markalı neft isə 2,85% ucuzlaşıb.