ABŞ Meksika və Kanadadan idxal olunan malların rüsumlarından bu məhsulu çıxara bilər

14:59 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə söhbət edərkən bildirib ki, neft Meksika və Kanadadan mal idxalına 25 faizlik rüsumundan çıxarıla bilər.

ABC.AZ xəbər verir ki, bu barədə yanvarın 31-də CNBC xəbər verir.

Kanada və Meksika məhsullarına rüsumlar fevralın 1-dən qüvvəyə minəcək.

Lakin yanvarın 30-da axşam jurnalistlərə danışan Tramp, administrasiyasının yeni rüsumların idxal olunan neftə şamil olunub olunmayacağına dair hələ qərar vermədiyini deyib.