Azərbaycan və İtaliya sahibkarları 1,5 milyon avroya şirkət yaratdılar

14:24 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkəti, “SOCAR Downstream” və İtaliyanın “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən birgə şirkət təsis ediblər.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkət “Ecostar Green” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Ecostar Green” MMC 2025-ci ilin yanvarın da yaradılıb və 1.5 milyon avro (~2.7 milyon manat) nizamnamə kapitalı var. Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev, ev 40 ünvanında qeydiyyatdadır. Onun direktoru İslam Xəlilov Ələkbər oğludur.

“Ecostar Green” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi (FEED) həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək. (BANKER.AZ)