12:15 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı 2025-ci ilin mart ayında Asiya alıcıları üçün xam neft qiymətlərini bir ildən çox müddətdə ən yüksək səviyyəyə qaldıra bilər.
ABC.AZ xəbər verir ki, bu, Çin və Hindistandan artan tələbat fonunda istinad neftinin qiymətlərinin artması ilə əlaqədardır, ABŞ sanksiyaları isə Rusiya Federasiyasından tədarükü pozub.
2025-ci ilin mart ayında Arab Light istinad neftinin rəsmi satış qiyməti (OSP), Reuters tərəfindən sorğu edilən 3 respondentin fikrincə, fevral ayı ilə müqayisədə 2-2,5 ABŞ dolları/barel arta bilər.
Digər mənbənin məlumatına görə, artım bir barelə 3 ABŞ dolları təşkil edə bilər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026