09:49 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. “Kaşaqan” neftini daşıyan Qazaxstana məxsus “Taraz” tankeri Aktau limanından Bakı istiqamətində yola çıxıb.
ABC.AZ “KazMunayQaz” şirkətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bundan sonra neft Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə qədər nəql ediləcək.
2022-ci ildə “KazMunayQaz” (KMQ) və SOCAR arasında Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. 2024-cü ilin martında KMQ və SOCAR arasında neftin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması ilə bağlı razılıq əldə edilib. Sənəd il ərzində tranzit həcminin 2.2 milyon tona qədər artırılmasını nəzərdə tutur.
© Azertag.az
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026