16:38 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Bakıda taksilərin sayı qanunvericiliyə dəyişiklik edildikdən sonra azalıb.
ABC.AZ xəbər verir ki, bunu “Fiziki infrastruktur” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasda AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib.
O bildirib ki, qanunvericilik qüvvəyə minənədək Bakıda 67 min taksi fəaliyyət göstərirdi.
“Hazırda isə bu rəqəm 23 mindir. Taksi avtomobillərinin ortalama yaşı isə 7 ildir”, - deyə o qeyd edib. (Trend)
3 Avqust 2026
1 Avqust 2026