12:03 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) gürcüstanlı tərəfdaşlarla birlikdə Qəbələ rayonunda spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutur.
ABC.AZ AİŞ-ə istinadən xəbər verir ki, bu isə qida sənayesinin inkişafında mühüm addım olacaq.
Bundan başqa, Gəncədə “Azərbazalt” MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026