Online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb

14:10 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Dövlət Vergi Xidməti (DVX) online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlayıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, DVX-nın rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.

Görüşdə Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb.

Qeyd edilib ki, platforma DVX-nın İnternet Vergi İdarəsində yaradılıb.