09:30 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. Cümə günü ticarətində etalon markaların qiyməti azalmağa davam edir.
Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:24-də $0,06 (0,08%) azalaraq bir barelə $78,23-a düşüb. 23 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,71 (0,90%) - bir barelə $78,29-a ucuzlaşıb.
NYMEX əmtəə birjasının ticarətində WTI markalı neftin mart fyuçersləri saat 09:24-də $0,06 (0,08%), bir barelə $74,56-a düşüb. 23 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mar fyuçersləri $0,82 (1,09%) ucuzlaşaraq bir barelə $74,62-a düşüb.
Bu həftənin əvvəlindən Brent markalı neft 3,17%, WTI isə 3,66% ucuzlaşıb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026