12:03 - 15.01.2025
15 yanvar, Fineko/abc.az. Süni intellektin gələcəyi radikal dəyişiklikdən — mərkəzləşdirilmiş modellərin "qara qutusu"nun açılması və blokçeyn üzərində mərkəzləşdirilməmiş, şəffaf ekosistemin yaradılmasından asılıdır.
ABC.AZ xəbər verir ki, bu fikir Hashed kriptovençur Fondunun baş icraçı direktoru Simon Kim CoinDesk ilə söhbətində səsləndirilib.
Ekspert hesab edir ki, AI-nin nəzarətsiz mərkəzləşdirilməsi, başa düşmədiyimiz bir "tanrı" yaratmaqla təhdid edir. Paylanmış reyestr texnologiyası müəllifləri mükafatlandırmaq, əqli mülkiyyəti qorumaq və generativ sinir şəbəkələrində şəffaflığı təmin etmək üçün alətlər təklif edir.
"AI mərkəzləşir. OpenAI bağlıdır, dar bir insan dairəsi tərəfindən idarə olunur, buna görə olduqca təhlükəlidir. Bu cür [qapalı] əsas modelin yaradılması, necə işləyəcəyini bilmədiyiz "tanrı" yaratmağa bənzəyir", — deyə o bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026