“SpaceX” Türkiyənin “Baykar” şirkətinin ilk peykini orbitə buraxıb

10:12 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Türkiyənin “Baykar” şirkətinin ilk peyki “SpaceX” raketi ilə orbitə buraxılıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Buraxılış ABŞ-dəkı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.

Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.