2 qənd məhsulunda uyğunsuzluq aşkarlandı - Siyahı

11:53 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib.

Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə  laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Aşağıdakı cədvəldə qeyd olunan 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Uyğunsuzluq aşkarlanmış əmtəə nişanları "Qidam", "Özşəkər" əmtəə nişanlarıdır.