Neft ucuzlaşır, Brent bir barelə $80,54 təşkil edir

09:25 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən sessiyanın nəticələrinə görə artdıqdan sonra çərşənbə axşamı hərracda aşağı düşür.

Brent markalı neftin mart fyuçersi ICE Futures birjasında saat 09:21-də $0,47 (0,58%) azalaraq bir barelə $80,54-a düşüb. Yanvarın 13-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $1,25 (1,57%) artaraq bir barelə $81,01-a çatıb.

Saat 09:21-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri $0,44 (0,56%), bir barelə $78,38-a düşüb. Yanvarın 13-də keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $2,25 (2,94%) bahalaşaraq bir barelə $78,82-a yüksəlib.