ABŞ Rusiya kapitalını NIS-in payından tamamilə çıxarmaq istəyir

11:43 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. ABŞ Rusiyanı enerji gəlirlərindən məhrum etmək üçün NIS (Naftne industrije Srbije) şirkətini sanksiya siyahısına daxil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms o'Brayen bildirib.

Onun sözlərinə görə, bu tədbir Rusiya ordusunun Ukraynada münaqişəsindəki vəziyyətini çətinləşdirəcək.

ABŞ dövlət katibinin köməkçisi deyib ki, baxmayaraq ki, NIS şirkəti təkcə Rusiya Federasiyasına deyil, Serbiyaya da məxsusdur, ABŞ-ın ikinci ölkəyə qarşı sanksiya tətbiq etməyib. İlk növbədə, sanksiyalar Rusiya Federasiyasından neft daşıyan tankerlərə, eləcə də Rusiyanın enerji ehtiyatlarının ticarətindən faydalanan şirkətlərə aiddir. O, həmçinin əlavə edib ki, Moskva şirkəti xeyli aşağı qiymətə alıb, indi isə Serbiyadan böyük vəsait əldə edir. ABŞ bu axını dayandırmaq istəyir.

"Vaşinqtonu qane edəcək məqbul bir seçim Rusiya kapitalının tam çıxarılması və payın 56,15%-dən 0%-ə endirilməsidir", — deyə o qeyd edib.