Rusiyada elektrik skuterlərində polis dəstələrinin yaradılması təklif edilib

15:52 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Rusiyada kuryerlərə nəzarət etmək üçün elektrik skuterlərində polis dəstələrinin yaradılması təklif edilib.

ABC.AZ xəbər verir ki, müraciət artıq Daxili işlər nazirliyinin başçısına göndərilib.

Deputatlar hesab edirlər ki, yol hərəkəti qaydalarını pozanları piyada və ya maşınla təqib etmək çatdırılma işçilərinin manevr qabiliyyətinə görə çətindir.

Xüsusi təyinatlılar küçələrdə pozuntuların qarşısını ala biləcəklər.