Azərbaycanda ən sürətlə kiçilən BOKT-lar - Siyahı

11:21 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Azərbaycan maliyyə sektorunda 2022-2023-cü illər arasında bəzi bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin ciddi şəkildə azalması müşahidə edilib.

ABC.AZ xəbər verir ki, aktivləri ən çox azalan BOKT “Optimal Finance BOKT” MMC olub. Belə ki, onun aktivləri 2022-ci ildə 3,551 milyon manat olduğu halda, 2023-cü ildə 2,436 milyon manata qədər kiçilib. Azalma 1,115 milyon manat və ya 31,40% təşkil edib.

İkinci ən böyük azalma “PARA” BOKT ASC-də baş verib. Bu BOKT-un aktivləri 26,648 milyon manatdan 21,109 milyon manata enib. Azalma 5,539 milyon manat və ya 20,79% təşkil edib.

Üçüncü sırada “Azmikroinvest BOKT” MMC qərarlaşır. Aktivlərinin həcmi 1,585 milyon manatdan 1,270 milyon manata düşərək 315 min manat və ya 19,87% azalma yaşayıb.

Növbəti sırada “İcraçı Kredit Agentliyi” MMC BOKT gəlir. Aktivləri 2022-ci ildə 1,312 milyon manat olduğu halda, 2023-cü ildə bu göstərici 1,104 milyon manata qədər azalıb. Ümumilikdə 208 min manat və ya 15,85% azalma qeydə alınıb.

Nəhayət, beşinci yerdə “ASET Maliyyə Texnologiyaları” BOKT qərarlaşıb. Bu BOKT-un aktivləri 388 min manatdan 331 min manata düşüb ki, bu da 57 min manat və ya 14,69% azalma deməkdir.