16:33 - 8.01.2025
8 yanvar, Fineko/abc.az. Starlink və airBaltic, İlon Maskın yüksək sürətli internet sistemi ilə təchiz edilmiş Airbus A220-300 təyyarəsinin ilk sınaq uçuşunun uğurla başa çatdığını bildirdi.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin birinci rübündən başlayaraq airBaltic, müştərilərinə ultra sürətli pulsuz Wi-Fi təmin etmək üçün bütün təyyarələrində Starlink quraşdırmağa başlayacaq ilk Avropa aviaşirkəti olacağını gözləyir.
"Uçuşdan enişə qədər şifrəsiz, kəsilmələr olmadan, sadəcə fasiləsiz bağlantı, striminq, oyunlar, yaxınlarınızla əlaqə. Hava səyahətinin gələcəyi demək olar ki, gəlib", — deyə şirkət əlavə edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026