15:54 - 7.01.2025
7 yanvar, Fineko/abc.az. 2024-cü ildə qlobal xam neft ixracının həcmi 2% azalıb ki, bu da COVID-19 pandemiyasından sonra ilk enişdir.
ABC.AZ xəbər verir ki, bu, tələbin zəif artması, həmçinin neft emalı zavodlarında (NEZ) və neft boru kəmərlərinin işində dəyişikliklər səbəbindən baş verib, bu da ticarət marşrutlarının dəyişməsinə səbəb olub.
Artıq 2 ildir ki, dünya xam neft tədarükü Ukraynadakı Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı və Yaxın Şərqdəki münaqişə səbəbindən çətinlik çəkir, buna görə tanker daşınması yenidən yönləndirilir və tədarükçülər və alıcılar bölgələrə görə bölünür.
Yaxın Şərq neftinin Avropa istiqamətində ixracı azalıb, Avropaya isə ABŞ və Cənubi Amerikadan daha çox neft daxil olub.
Əvvəllər Avropaya tədarük olunan Rusiya nefti Hindistan və Çinə yönəldilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026