“Saudi Aramco” üç ayda ilk dəfə fevral ayında Asiya üçün neft qiymətlərini artıracaq

10:30 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanı son üç ayda ilk dəfə olaraq Asiya ölkələrinə neft qiymətlərini artıracaq. O cümlədən Asiya alıcıları üçün Arab Light markalı yanacaq $0,6/barel bahalaşacaq.

ABC.AZ xəbər verir ki, nəticədə Oman/Dubay neft səbətindən $1,5-a başa gələcək.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün Səudiyyə neftinin dəyəri gələn aydan bir barelə $1,3 artacaq.

ABŞ alıcıları üçün qiymətlər bir barel üçün $0,3-0,4 azalacaq.