14:01 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. “SOCAR Türkiye” Türkiyədə yeni neft-kimya potensialının yaradılmasına (“Petkim” neft-kimya kompleksinin bazasında -red.) investisiyaları 7 milyard ABŞ dolları həcmində qiymətləndirir.
ABC.AZ xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransında “SOCAR Türkiye”nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, qeyd olunan layihənin həyata keçirilməsi çərçivəsində 2025-2026-cı illər ərzində İlkin layihələndirmə sənədinin (FEED) hazırlanması aparılacaq. Sənədin hazırlanmasına 50 mln dollar həcmində sərmayə tələb olunacaq.
Kənan Mirzəyev onuda qeyd edib ki, artıq FEED sənədi hazır olandan sonra son investisiya qərarı veriləcək.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026